BAKI, 8 oktyabr — Sputnik. Malatyada sosial media hesabından Atatürkü təhqir edən və Milli Təhsil İdarəsində haqqında araşdırma aparılan müəllim polis tərəfindən saxlanılıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Bulqurlu məhəlləsində yerləşən Bulqurlu Məktəbində ibtidai sinif müəllimi olan Murad K. sosial mediada Mustafa Kamal Atatürkü və cümhuriyyəti təhqir etdiyi üçün böyük təzyiqlərə məruz qalıb.
Bununla bağlı M.K. haqqında əvvəlcə Milli Təhsil İdarəsində araşdırma aparılıb, daha sonra polisə məlumat verilib. İbtidai sinif müəllimi dərhal hərəkətə keçən polis əməkdaşları tərəfindən saxlanılıb.
Polislər əvvəlcə M.K.-nın evində axtarış aparıb, ardıyca da ifadəsi alınmaq üçün onu polis idarəsinə aparıblar.