RUSİYA

Moskva səmasında iki təyyarə toqquşub

Hazırda faktla bağlı araşdırmalar aparılır
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Moskva ətrafında yerləşən Jukovski hava limanında iki sərnişin təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, "İkar" aviaşirkətinə məxsus təyyarə anqara daxil olarkən "Ural" aviaşirkətinə məxsus təyyarəyə ilə toqquşub.

İnsident nəticəsində təyyarələrə zərər dəyib. Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına əsasən, toqquşma nəticəsində heç kimə xəsarət dəyməyib. Hazırda faktla bağlı araşdırmalar gedir.