Əmək haqqına ala bilmədiyi üçün özünü yandırmaq istədi

Polislərin müdaxiləsi nəticəsində kişini xilas etmək mümkün olub
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Türkiyənin Bursa şəhərinin Böyükorhan ilçəsində bir kişi işlədiyi şirkətdən maaşını ala bilmədiyi üçün özünə qəsd etmək istəyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baraj inşaatda işləyən Əhməd K. öncə binanın damına çıxıb. O, üzərinə benzin töküb, özünü yandırmaq istəyib. Amma polislərin müdaxiləsi nəticəsində kişini xilas etmək mümkün olub.

Polis özünü yandırmaqdan vaz keçən kişini aşağı endirib və həkimlərin ona ilkin tibbi yardım göstərməsi üçün xəstəxanaya aparıb.