CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan İndoneziya üçün 50 minindən keçdi

50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan İndoneziyaya humanitar yardım göstərib.

XİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 5 avqust 2018-ci il tarixində İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yerində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.