BAKI, 7 oktyabr — Sputnik. Ukraynanın Xmelnitski vilayətinin Netişin şəhərində uşaq bağçasında qidadan 36 nəfər zəhərlənib. Onlardan 29-u uşaq, 7-si böyükdür. Bu barədə Ukraynanın Milli Polisi məlumat yayıb.
AZƏRTAC-ın məlumatına görə, zəhərlənmənin konkret nədən baş verməsi araşdırılır. Xəstəxanaya yerləşdirilən uşaqların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb.