Hadisə Ukraynanın Nikolayev şəhərində baş verib. Taksi sürücüsü işıqforun qırmızı işığına mahal qoymadan, şütüyüb keçib. Bu zaman piyada keçidində öz kiçik oğlu ilə yolu keçməyə çalışan ata sürücünün "dərsini vermək" qərarına gəlib. O, var gücü ilə maşının sərnişin qapısını təpikləyib.
Təəssüf ki, fizika qanunları ukraynalı atanın qisas almaq planını dəstəkləmir. Buna görə də həm ata, həm də oğlu yolun ortasına səriliblər. Balaca xətərsiz görünsə də, ata, deyəsən, hələ uzun müddət axsamalı olacaq.