Baş nazirin kortejinin qarşısını belə kəsdilər - VİDEO

İsrail parlamentinin deputatı Besalel Smotriç baş nazirin mühafizəçisini hərəkətini tənqid edib
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Dünən İsrailin baş naziri Binyamin Netanyahu seçki kampaniyasında partiyasının namizədinə dəstək vermək üçün paytaxtın Beyt Şan məhəlləsinə gedərkən insidentlə üzləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, bələdiyyə binasının yanından keçərkən təxminən 10 nəfər baş naziri görən kimi "korrupsioner" qışqırmağa başlayıblar. Etirazçılardan biri isə əlində İsrail bayrağı tutaraq Netanyahunun kortejinin qarşısını kəsib. 

Bunun ardınca baş nazirin mühafizəçisi onu yerə yıxaraq neytrallaşdırıb.

Etirazçı polis tərəfindən saxlanılıb.

İsrail parlamentinin deputatı Besalel Smotriç baş nazirin mühafizəçisini hərəkətini tənqid edib və onun həbs olunmalı olduğunu deyib: "Əlində bayraq olan etirazçı baş nazirə heç bir təhlükə törətmir. Ona hücum edən şəxs cinayətkardır və həbs olunmalıdır".