BAKI, 6 oktyabr — Sputnik. Bu ilin avqust ayında Myanmanın Yangon bölgəsində yerləşən Thongva şəhərində balıqçılar tərəfindən heyətsiz və yüksüz şəkildə tapılan, İndoneziya bayrağı altında üzən “Sam Ratulangi” gəmisi batıb.
Sputnik AzərbaycanSeanews-a istinadən xəbər verir ki, əyalətin rəhbəri Ko Aung Phyo Mint bildirib ki, gəmi bazar ertəsindən bəri yavaş-yavaş suya batmağa başlayıb. Onun sözlərinə görə, gəminin batmasına maşın şöbəsinin su ilə dolması səbəb olub.
Qeyd edək ki, sözügedən gəminin sirri sonralar açılıb. Belə ki, gəmi sökülmək üçün aparılarmış. Amma avqustun 30-da əlverişsiz hava şəraiti səbəbindən gəmi heyəti onu tərk edib.
“Sam Ratulangi PB 1600” adlı boş və paslı tanker Myanma dəniz qüvvələrinə aid gəmi ilə sahilə aparılmışdı.