BAKI, 6 oktyabr — Sputnik. "160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. Daha öncə hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilirdi.
O bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".