HADİSƏ

Müsəlman ölkəsində dəhşət: 150 min insan dağıntı altında qaldı

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1648 nəfərə çatıb
Sputnik

BAKI, 6 oktyabr — Sputnik. İndoneziyada 150 mindən çox insan dağıntılar altında qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bernama" nəşri yerli rəhbərliyə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 65,7 min evin dağıldığı bildirilir.

Bu arada İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1648 nəfərə çatıb.

Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.