BAKI, 6 oktyabr — Sputnik. Opera müğənnisi Monserrat Kabalye Barselonada xəstəxanada dünyasını dəyişib. Bu barədə Sputnik AzərbaycanRusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, 85 yaşlı opera müğənnisi sentyabrın ortalarında xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilmişdi. Onun sidik kisəsində olan problemlərlə bağlı xəstəxanada olduğu qeyd olunurdu.
Xatırladaq ki, M.Kabalye 2013-cü il iyunun 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına daxil edilib.