Tuneli tikən şirkətin başçısını elə həmin tunelə atdılar - VİDEO

Video görüntülərdə 46 yaşlı Pol Krosslinin Malpasa qaçaraq yaxınlaşdığı və onu qatar yoluna itələdiyi göstərilir
Sputnik

BAKI, 6 oktyabr — Sputnik. Britaniya Nəqliyyat Polisi London metrosunda cinayətkarın "Eurotunnel"in sabiq başçısı 91 yaşlı ser Robert Malpası platformaya atmasının görüntülərini əks etdirən video görüntüləri yayımlayıb. Bu barədə Sputnik AzərbaycanRusiya KİV-nə istinadən xəbər verir.

Video görüntülərdə 46 yaşlı Pol Krosslinin Malpasa qaçaraq yaxınlaşdığı və onu qatar yoluna itələdiyi göstərilir.

Məlumata əsasən, yaşlı kişini otel işçisi qatarın gəlməsinə bir dəqiqə qalmış Riyad Əl Hüseyni adlı şəxs xilas edib.

Malpas başından yaralanıb.

"Mən düz hərəkət etmədiyimi bilirdim. Mən sadəcə ötən gün yaxşı yata bilməmişdim", — deyə 17 yaşında paranoik şizofreniya diaqnozu qoyulan Pol Krossli bildirib.