İQTİSADİYYAT

Xarici valyutaların məzənnələri elan olundu

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Bu günə olan qərara görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,37% artaraq 1,9567 manat, Rusiya rublunun məzənnəsi isə 1,55% azalaraq 0,0254 manat təşkil edib.

Qeyd edək ki, dünən avronun məzənnəsi 1,9494 manat, Rusiya rublunun məzənnəsi isə 0,0258 manat təşkil edirdi.