Azərbaycanlılar Rusiyada qəzaya uğrayıb

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Rusiyada Stavropoldan Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

Mikroavtobus yolun kənarında dayanmış KAMAZ ilə toqquşub və ardından "Opel" markalı avtomobili "sürtüb".

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.