HADİSƏ

Azərbaycanda rəis dünyasını dəyişib

"Onun əməyi rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilib"
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Dəmir yolu ictimaiyyətinə ağır itki üz verib. Belə ki, Bakı-sərnişin stansiyasının rəisi Nizaməddin Cahangir oğlu Eminov 4 oktyabr 2018-ci ildə 59 yaşında dünyasını dəyişib.

Bakı-sərnişin stansiyasının rəisi Nizaməddin Eminov

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, Nizaməddin Eminov 17 aprel 1959-cu ildə Qazax rayonunda anadan olub. 1984-cü ilə Postov Dəmir Yolu İnstitutunun "Dəmir Yollarının istismarı" fakültəsini bitirib.

O, əmək fəaliyyətinə 1976-cı ildə Bakı vaqon deposunda fəhlə kimi başlamış və hərbi xidmətini başa vurandan sonra taleyini əbədi olaraq bu sahəyə bağlayıb.

N.Eminov sonralar Bakı vaqon deposunda istehsalat ustası, Biləcəri stansiyasında post və stansiya növbətçisi, HİK sədri, stansiya rəisi, Sumqayıt stansiyasının rəisi, Şirvan-çeşidləmə stansiyasının rəisi və 2005-ci ildən ömrünün sonuna kimi Bakı-sərnişin stansiyasının rəisi olub.

"Nizaməddin Eminov çalışdığı bütün vəzifələrdə həmişə ona tapşırılan işin öhdəsindən layiqincə gəlib. Onun əməyi rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilib və "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif olunub. Çoxminli dəmiryolçular adından təcrübəli dəmiryolçu Nizaməddin Eminovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk" — deyə QSC-dən bildirilib.

Allah rəhmət eləsin.