BAKI, 5 oktyabr — Sputnik. Fransa polisi "İnterpol"un rəhbəri Men Xunveyin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Sputnik Azərbaycan "Independent" nəşrinə istinadən xəbər verir.
Men Hunvey
© AFP 2024 / ROSLAN RAHMAN
Məlumatda bildirilir ki, 64 yaşlı Men Xunvey son bir həftədir əlaqəyə çıxmır. Sonuncu dəfə onu sentyabrın 29-u Çinə gedərkən görüblər.
Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.
2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.