CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu zəhəri hamı içir: Azərbaycandakı enerji içkilərinin tərkibi yoxlanacaq

Məlumata görə, onların arasında Azərbaycanda istehsal olunan, lakin üzərində xarici ştrix-kod olan içkilər də var
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan.

BAKI, 5 oktyabr — Sputnik. Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanda satılan enerji içkilərinin monitorinqini keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a təşkilatın sədri Eyyub Hüseynov məlumat verib.

AİB sədri bu yaxınlarda Bakıdakı dükanların birindən alınmış enerji içkisindən zəhərlənmə halı barədə xəbər tutduğunu deyib. Əgər zərərçəkmişlər ona müraciət edərlərsə, Hüseynov qarşılıqsız olaraq onların hüququnu müdafiə etməyə və Avropa İnsan Haqları Məhkəməsinədək getməyə söz verir.

Enerji içkiləri az qala onu öldürəcəkmiş

"Azərbaycanda satışda 8-dək enerji içkisi növü mövcuddur. Artıq gələn həftədən biz onların keyfiyyətini yoxlamağa başlamağı planlaşdırırıq. Bizdə olan məlumata görə, onların arasında Azərbaycanda istehsal olunan, lakin üzərində xarici ştrix-kod olan içkilər də var" — AİB sədri bildirib.

Hüseynov Azərbaycanda satılan enerji içkilərinin nümunələrini xaricdəki laboratoriyalara göndərmək fikrindədir. Məqsəd onlardan hansının orqanizm üçün daha təhlükəli olduğunu, həmçinin enerji içkilərinin tərkibinin üzərində yazılmış məlumata uyğun olub-olmadığını müəyyən etməkdir.

Energetik içkilərinin zərəri

"Biz ən zərərli içkiləri müəyyən edəcəyik", — AİB sədri bəyan edib.

Araşdırmanın nəticələrinə əsasən Hüseynov dövlət orqanları qarşısında daha təhlükəli içkilərin satışdan çıxarılması barədə məsələ qaldırmaq fikrindədir.