TƏHLİL

Ekspert: “Elə şəxslər var ki, müəllim peşəsini gözdən salır”

Təhsil eksperti Kamran Əsədov deyir ki, işə qəbul imtahanlarında müəllimlərin göstərdiyi nəticələr çox aşağıdır
Sputnik

Kamran Əsədov: “Bağçalarda çalışan müəllimlərin ixtisas üzrə təhsilləri yoxdur”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “Müasir müəllim necə olmalıdır: problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən təhsil eksperti Kamran Əsədov bildirib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən şəxslər müəllim peşəsini gözdən salırlar: 

“Müəllimlərin işə qəbul imtahanlarında bizim müəllimlərimizin göstərdiyi nəticələr çox aşağıdır. Minimum tələblərə cavab verməyən müəllim, minimum tədris də qura bilməyəcək. Dövlət bağçalarında çalışan müəllimlərin 40 faizdən çoxu, ümumilikdə, təhsilə malik deyillər. Yəni öz ixtisasları üzrə təhsilləri yoxdur”.

Qeyd edək ki, oktyabrın 5-də Azərbaycandakı məktəblərin, uşaq bağçalarının, ali və texniki peşə məktəblərinin 150 mindən çox müəllimi Müəllimlər Gününü qeyd edir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz