BAKI, 5 oktyabr — Sputnik. Filippin prezidenti ağır xəstəliyinə görə istefa verə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Filippin prezidenti Rodriqo Duterte tibbi müayinənin cavablarını gözləyir.
"Əgər xərçəng diaqnozu qoyularsa, bunu xalqa açıqlayacağam. Əgər xəstəlik üçüncü dərəcəyə çatmış olsa və heç bir müalicəsi olmasa, mən öz vəzifəmdəm istefa verəcəyəm, üstəlik fəaliyyətimi başqa heç bir yerdə davam etdirməyəcəyəm" — deyə dövlət başçısı bəyan edib.
Duterte narkotacirlərlə radikal mübarizəsi və siyasi qalmaqallara səbəb olan ifadələri ilə məşhurdur.
Məsələn, o, əvvəllər "Əgər mənə Allahla selfi göstərsələr, vəzifəmdən istefa verəcəyəm" açıqlamasını vermişdi.