CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu balıqları ovlamaq qanunla qadağandır

Nərə, bölgə və uzunburun balıqlar isə Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan edilmiş balıqlardır
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanması qadağan edilən balıq növlərinin siyahısını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil olan və ovu qadağan edilmiş balıqlardır.

Nərə, bölgə və uzunburun balıqlar isə Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan edilmiş balıqlardır.