Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal: Konsul qovuldu

Rəsmi Budapeşt bu addım atılacağı təqdirdə Kiyevə avrointeqrasiya zamanı problemlər vəd edib
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Macarıstanın Ukraynanın Zakarpatiya bölgəsində yerləşən Bereqova şəhərindəki konsulu üç gün ərzində ölkəni tərk etməlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna XİN-in rəsmi saytında yerləşdirilib.

Ukrayna rəhbərliyi macar konsulun Bereqova şəhərində Ukrayna vətəndaşlarına Macarıstan pasportları verməsinə görə narahatdır.

Ukrayna XİN-in rəhbəri Pavel Klimkin bəyan edib ki, rəsmi Kiyev Macarıstan konsulunu ölkədən göndərmək niyyətindədir.

Artıq rəsmi Budapeşt olaya münasibət bildirib. Macarıstan tərəfi konsulun ölkədən çıxarılması ideyasını riskli və qeyri-dost addım kimi dəyərləndirib. Rəsmi Budapeşt bu addım atılacağı təqdirdə Kiyevə avrointeqrasiya zamanı problemlər vəd edib.