Rusiyada yüksək vəzifəli erməni həlak oldu

İlkin məlumatlara görə, Karapetyan qəzaya uğrayan helikopterin göyərtəsində olub
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Rusiyanın Kastrom vilayətində özəl helikopterin qəzaya uğraması nəticəsində Rusiya Baş prokurorunun müavini, erməni əsilli Saak Karapetyan həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə hüquq mühafizə orqanlarında olan mənbə bildirib.

Qeyd olunub ki, hadisə nəticəsində üç nəfər ölüb. Rusiya İstintaq Komitəsi hələlik hadisə zamanı ölənlərini adlarını açıqlamır.

"İlkin məlumatlara görə, Karapetyan qəzaya uğrayan helikopterin göyərtəsində olub" — deyə mənbə bildirib.