CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qalmaqallı posta yeni təyinat oldu

Xalid Ələkbərov şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə yeni direktor təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmrinə əsasən, Xalid Ələkbərov "Liftəmir" İstehsalat Birliyinin baş direktoru təyin edilib. Məlumata görə, X.Ələkbərov bu gündən işə başlayıb.

Qeyd edək ki, Xalid Ələkbərov Bakı Şəhəri İcra Hakimiyyətində şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan məmur — Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib. Qüdrət Şükürovun adı bir sıra qalmaqallı hadisələrdən sonra mətbuatın gündəminə gəlmişdi. Xüsusilə qızına dəbdəbəli toy etməsindən sonra onun barəsində xeyli sayda xəbərlər yayılmışdı.

Son günlər ərzində "Lifttəmir" İstehsalat Birliyində yoxlamalar aparılır.