Həbsxanada üsyan qalxıb, ölən və yaralananlar var

Polis əməkdaşları ilə məhbuslar arasında baş verən dava zamanı 9 məhkum öldürülüb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Braziliyada həbsxanada baş verən dava dünya mediasının gündəmini zəbt edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, həbsxanada üsyan qalxıb və 28 məhkum oradan qaçıb.

Həbsxananın yaxınlığında olan meşəyə qaçan məhbusların axtarışına başlanılıb. Axtarış zamanı polis əməkdaşları ilə məhbuslar arasında dava baş verib, nəticədə 9 məhkum öldürülüb. Polis 19 məhkum və 2 həbsxana işçisinin axtarışını davam etdirir.

Qeyd edək ki, keçən ay da Braziliyada həbsxanada üsyan qaldırılmışdı və 1 polis işçisi ölmüşdü. Fərarilik edən 105 məhkumdan 41-i əməliyyat nəticəsində həbs olunmuşdu.