TƏHLİL

Ekspert: “Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalır”

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyir ki, son 30 ildə Gürcüstan fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayında azalmalar müşahidə edilir
Sputnik

Kamran Əsədov: “Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin sayı azalıb”
“Gürcüstanda yaşayan azərbaycanlıların təhsil məsələsində müəyyən problemlər var”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbirdə Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların birinci problemi məktəblərin sayı ilə bağlıdır:

“Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 1989-cu ildə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı 183 idisə, 2018-ci ildə bu say 117-yə düşüb. Digər problem isə şagirdlərin sayı ilə bağlıdır. Sonra 30 ildə təhsil alan şagirdlərin sayında yarıbayarı azalma var. Azərbaycanlıların gürcü dilində tədrisi ilə bağlı dövlət tərəfindən bütün imkanlar yazılır. Bütün bu problemlərin ən əsası isə şagirdlərin ana dilində təhsil imkanlarının gələcəyindəki maneələrdir”.

Təhsil ekspertinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz