Tanınmış türkiyəli gülüş ustası evlənir

Cem Yılmaz "Karakomik" filmlər proyektini bitirən kimi toy edəcək
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin məşhur komediya ustası Cem Yılmaz haqqında maraqlı məlumatlar yayılıb.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz artıq 7 aydır Defne Samyeli ilə sevgilidir. Cütlüyün münasibətlərinin evliliyə doğru getdiyi bildirilir.

Hətta  iddia olunur ki, 45 yaşlı Cem Yılmaz "Karakomik" filmlər proyektini bitirən kimi toy edəcək. Bunun isə gələn aya təsadüf edəcəyi deyilir.