HADİSƏ

Bakıda yenə ağır qəza baş verib - VİDEO

Sürücü idarəetməni itirib, avtomobil tunela aşıb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri Babək prospektində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə hadisə şahidləri məlumat yayıblar.

Heydər Əliyev prospektindən Babək prospekti istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobilin sürücüsü idarəetməni itirərək körpüdən tunelə aşıb. Hadisə nəticəsində "KİA"nın sürücüsü yüngül xəsarət alıb.