HADİSƏ

Bərdədə ağır yol qəzası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Bərdədə "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"Howo" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. 

"Report"un məlumatına görə, qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

"Howo"nu Nuriyev Raqif Səxavət oğlu idarə edib.