ELM

Nobel mükafatçıları məlum oldu

Amerikalı Frances H.Arnold fermentlərin yönləndirilməsi işinə görə Nobel mükafatına layiq görülüb
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Bu il Nobel mükafatını alan kimya sahəsinin ən yaxşılarının adı müəyyən olub. Sputnik Azərbaycan xəbər verir ki, amerikalı Frances H.Arnold fermentlərin yönləndirilməsi işinə görə Nobel mükafatına layiq görülüb.

ABŞ və İngiltərədə ortaq iş görən Georgi P.Smit və Greqori P.Vinter də mükafata layiq görülüblər.