Erməni müğənninin cəsədi vanna otağında aşkarlanıb

Hüquqşünas Patrik Cordon da müğənninin ölüm səbəbini açıqlayıb
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Fransalı kriminalistlər məşhur müğənni, erməni əsilli Şarl Azanavurun ölüm səbəbini açıqlayıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Şarl Azanavurun cəsədi oktyabrın 2-də səhər yarılıb. Müğənnidə ağ ciyər pnevmoniyası ilə bağlı olan kəskin ürək-ciyər çatışmazlığı aşkar edilib.

Şarl Aznavur

Hüquqşünas Patrik Cordon da müğənninin ölüm səbəbini açıqlayıb. O, bildirib ki, müğənninin cəsədi  öz evindəki vanna otağında aşkarlanıb. Ölüm təbii səbəblərdən olub.

Qeyd edək ki, Şarl Azanavur oktyabrın 1-də 94 yaşında ölüb.