Ronaldunun başı üzərində qara buludlar dolaşır

Mətbuatda yazılır ki, futbolçu 375 min dollar verərək məsələni bağlayıb
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Las-Veqas polisi zorlamada ittiham edilən İtaliyanın “Yuventus” klubunun oyunçusu Kriştianu Ronaldu tunisli barəsində araşdırmanı bərpa edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, amerikalı Ketrin Mayorqa futbolçunu zorlanmada ittiham edərək, onu məhkəməyə verib. Qadın iddia edir ki, zorlama hadisəsi Ronaldunun 2009-cu ildə Las-Veqasda istirahət etdiyi zaman baş verib.

Bundan əvvəl Almaniyanın “Der Spiegel” jurnalı iddia edib ki, futbolçu qadına susması müqabilində 375 min dollar verərək məsələni bağlayıb.

Qadının vəkili deyir ki, futbolçu qadının ona yox dediyini bildirib, amma zorlama faktını təkzib edib.

Məsələ sentyabr ayından yenidən gündəmə gəlib. Kriştianu Ronaldonun vəkili deyib ki, müştərisi Almaniya nəşrini məhkəməyə verməyə hazırlaşır.