BAKI, 3 oktyabr — Sputnik. Missisipi ştatının qubernatoru Fil Brayant 29 il əvvəl itmiş nişan üzüyünü tapıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, üzük ştat sakini tərəfindən atılmış divandan tapılıb.
Məlumata görə, Cef Mayer adlı kişi Brayantın arvadının xalası qızının evinin yaxınlığında atılmış divanı götürüb. Bir müddət sonra o divanda zərgərlik məmulatını aşkarlayıb. O bu barədə qubernator administrasiyasına xəbər verib.
Amerikalı, üzüyün üzərində 31 dekabr 1976-cı il yazısını gördükdən sonra üzüyün kimə aid olduğunu müəyyən edə bilib.
Brayant çox sevinib və izah edib ki, divan nə vaxtsa ona məxsus olub. Ancaq bir müddət sonra o mebeli arvadının qohumuna verib. Bu 1989-cu ildə baş verib. Siyasətçi də üzüyünü elə həmin il itirib.
Qubernator özü Mayerlə görüşüb, əlini sıxıb və minnətdarlıq edib.