Çinin yeni ekstremal turist əyləncəsi Henan Əyalətində açılıb. İş ondadır ki, bu yelləncəkdə sallanmaq üçün, sözün əsl mənasında, şir ürəyi yemək lazımdır. Çünki cəhd etmək istəyən şəxs 320 metrlik dərə üzərində yellənməli olacaq. Yeni əyləncə növünü sınayan xanımlardan biri etiraf edir ki, "Təhlükəsizlik hissi yox idi. Az qala ürəyim durmuşdu".
Qeyd edək ki, attraksion 15 sentyabrda açılıb. Ürək xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlər yelləncəyə buraxılmır. Bundan başqa, cəsur turistlər 16-45 yaş arasında olmalıdır.