Superdövlətin baş nazirinin çıxışı və rəqsi gülüşə səbəb oldu - VİDEO

"Əgər mən çıxışım zamanı öskürsəm, siz məni bağışlamalı olacaqsınız, çünki mən bütün gecəni yatmayıb super yapışdırıcı ilə mavi fonu yapışdırmışam"
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının konqresində böyük açılış nitqi söyləyib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, baş nazir nitqinə ABBA qrupunun "Dancing Queen" kompozisiyası ilə rəqslə başlayıb və "Birlikdə yaxşı Britaniya quraq" çağırışı ilə bitirib.

Meyin səhnədə möhtəşəm çıxışı ABBA qrupunu, "Dancing Gueen" kompozisiyasını və Meyi Tvitterdə top-trend etməklə yanaşı salonda gülüş yaranmasına və alqışlara səbəb olub.

Partiyanın ötən ilki konqresində dəhşətli çıxışını xatırlayan Mey (baş nazir o vaxt fasiləsiz öskürüb, səsi tutulub və o öz nitqini çətinliklə bitirib) gülümsünərək deyib: "Əgər mən çıxışım zamanı öskürsəm, siz məni bağışlamalı olacaqsınız, çünki bütün gecəni yatmayıb super yapışdırıcı ilə mavi fonu yapışdırmışam".

Ötən il nazirin çıxışı zamanı fondan iki hərf düşmüşdü.

Çıxış zamanı Mey daxili və xarici siyasətinin bütün əsas mövzularına toxunub. Benzinin aksiz vergisinin dondurulması, xərçənglə mübarizədə yeni bir strategiya təqdim edilməsi və qatar gecikmələri zamanı ödənilən pulun sərnişinlərə qaytarılması ilə bağlı britaniyalılara maraqlı məlumatlar verib.