RUSİYA

Bakıdan uçan təyyarə Ufa şəhərində təcili eniş etdi

Bakıdan Surquta uçan təyyarə Ufa şəhərində təcili eniş edib
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Bakıdan Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərinə uçan təyyarə Ufada (Başqırdıstan Respublikası) məcburi eniş edib.

“Report” xəbər verir ki, buna təyyarənin göyərtəsində olan sərnişinlərdən biri — 1946-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Sitarə Əlibutayevanın halının pisləşməsi səbəb olub.

Təcili olaraq Ufa şəhərinin 20 saylı xəstəxanasına yerləşdirilən qadının stenokardiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Xəstə hazırda müalicəsini davam etdirir. Azərbaycan tərəfi vəziyyəti nəzarətə götürüb.