HADİSƏ

Bakıda dalbadal üçüncü avtobus qəzası baş verdi

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qəza anı kameralara belə düşdü - VİDEO

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.

Nəticədə "Mercedes"in 1994-cü il təvəllüdlü sürücüsü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb. Qəza zamanı xəsarət alan "Mercedes"in sürücüsü aviasiya əməkdaşı olub. 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.

Hadisədən dərhal sonra 3 sayı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son günlər baş verən üçüncü avtobus qəzasıdır.