RUSİYA

ABŞ özü oturduğu budağı kəsir – Putindən sərt xəbərdarlıq

"İstənilən imperiya üçün bu tipik səhvdir – heç bir mənfi nəticələrin olmamağını düşünmək"
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Vaşinqton sanksiya siyasətini tətbiq etməklə dünyanın rezerv valyutası kimi dollara etibarı azaldır. Sputnik Azərbaycan "Ren Tv"-yə istinadən xəbər verir ki, bunu Rusiya Enerji Həftəsində plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bizim amerikalı tərəfdaşlarımız böyük strateji səhv edirlər – dünyanın rezerv valyutası kimi dollara etibarı azaldır", — deyə Putin bir sıra ölkələrin ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaqla bağlı bir sıra ölkələrin cəhdləri ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Putin vurğulayıb ki, "ABŞ üstündə oturduqları budağı kəsir". Rusiya lideri əlavə edib ki, istənilən imperiya üçün bu tipik səhvdir: "Heç bir mənfi nəticələrin olmamağını düşünmək. Amma yox, tez ya gec mənfi nəticələr baş verir".