BAKI, 2 oktyabr — Sputnik. Rusiyanın Xabarovsk şəhərində şagirdlər yolu keçən zaman onları avtomobil vurub.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisənin görüntüləri sürücülərdən birinin maşınındakı videoqeydiyyat qurğusuna düşüb.
Qəza oktyabrın 2-də səhər saatlarında baş verib. Videodan görünür ki, sürücü piyada keçidindən keçən uşaqları görmür. Çünki o, piyada keçidi qarşısında əyləci sıxmağa da cəhd etmir. Məktəblilər özləri də ətrafa baxmadığı üçün yaxınlaşan təhlükəni görməyiblər.
Zərbənin təsirindən uşaqlar olduqları yerdən bir neçə metr kənara düşüblər. Onlardan yalnız biri ayağa qalxıb. İki məktəbli xəstəxanaya çatdırılıb. Onlardan biri reanimasiyaya yerləşdirilib.