İqtisadiyyatı ölən neft ölkəsi və ilk milli elektron valyuta

Bundan sonra kriptovalyuta hər kəsə əlçatan olacaq
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Venesuela prezidenti Nikolas Maduro ölkədə milli kriptovalyuta "Petro" nun buraxıldığını elan edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kriptovalyuta ödəmə vasitəsi kimi və beynəlxalq ticarətdə də istifadə ediləcək. Bu barədə ölkə başçısı dövlət telekanalında açıqlama verib.

Ac qalan Venesuela əhalisinin Kolumbiyaya qaçışı - VİDEO

Maduronun sözlərinə görə, Venesuelanın milli kriptovalyuta planı inkişaf perspektivliyinə malikdir və 10 il ərzində “Petro” özünü milli və beynəlxalq səviyyədə doğruladacaq.

O, eyni zamanda qeyd edib ki, vətəndaşlar xüsusi portalda qeydiyyatdan keçərək, elektron pul kisəsi aça bilərlər. Bundan sonra kriptovalyuta hər kəsə əlçatan olacaq.

Xatırladaq ki, son illər Cənubi Amerika ölkəsi kəskin sosial-iqtisadi böhran yaşayır. Avqustda inflyasiyanın illik səviyyəsi 200 000 faizi ötüb. Avqustun 20-də hakimiyyət denominasiya edərək, valyutadan 5 sıfırı götürüb. Bundan sonra azad bolivar rejiminə keçilib.

“Petro”nun dəyəri ölkədə hasil edən bir barel neftin qiymətinə bərabər tutulub və 60 dollara bərabərdir.

Bununla yanaşı, Maduro ölkədə əmək haqqının sentyabrın 1-dən etibarən 10 dəfə artırılacağını da elan etmişdi.