Türkiyədə iranlıları "yedirən" nəhəng qruplaşma aşkar olunub

Saxlanılan şəxslər Birləşmiş Ştatlarda yaşayan iranlılara pul göndərirmişlər
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Türkiyədə maliyyə araşdırması çərçivəsində 417 nəfərin saxlanılması barədə qərar qəbul edilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Maliyyə Cinayətlərinin Araşdırılması üzrə Şura (MASAK) bəyanat yayıb.

Maliyyə araşdırması nəticəsində ortaya çıxıb ki, həmin 417 nəfər Birləşmiş Ştatlarda yaşayan iranlılara pul göndərib. Məlumatda qeyd olunur ki, həmin şəxslər, ümumilikdə, 2,5 milyard türk lirəsi (təxminən 88 milyon dolları) xarici ölkələrdə olan 88 min hesaba göndəriblər.