CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazirindən mühüm təyinat

Elnur Məmmədov nazirin müşaviri təyin edilib
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Təhsil naziri Ceyhun Bayramov özünə yeni müşavir təyin edib. Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə Elnur Məmmədov təyin olunub.

Qeyd edək ki, Elnur Məmmədov 2002-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə magistr təhsilini alıb. O, Vaşinqton Universitetinin (ABŞ) Hüquq fakültəsi üzrə magistr təhsilini 2005-ci ildə başa vurub.

E.Məmmədov müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.