Sürücü yolun ortasında avtomobildə yatdı...

Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüsü hərəkəti ilə onu görənləri heyrətləndirib. Seyhan ilçəsində Cemalpaşa məhəlləsində Qazitepe bulvarından keçən sürücülər yolun ortasında bir taksinin işlək vəziyyətdə olarkən sürücünün içəridə hərəkətsiz olduğunu görüblər. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin şahidləri polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb. Polis bunun səbəbini içki ilə izah edib. O, deyib ki, sürücü həddindən artıq spirtli içki qəbul edib.

Sürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar

Gökan A. adlı sürücü oyanmadığı üçün polislər onu arxa oturacağa yerləşdiriblər. Polis özü avtomobili idarə edib. Sürücü polis idarəsində özünə gəlib. Onun qanında 125 promil alkoqol tapılıb. Sürücünün sürücülük hüququ əlindən alınıb, 4 500 lirə (1275 manat) cərimə olunub.