BAKI, 2 oktyabr — Sputnik. Hindistan alimlərinin araşdırmalarına görə, orjinal selfi çəkdirmək istəyənlərin sayı günbəgün artır. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, orta hesabla hər il selfi çəkdirərkən 43 nəfər həyatını itirir.
Araşdırmaya görə, insanlar selfi çəkərkən ya hündürlükdən yıxılır və ya suda batır.
Statistikaya görə, dünyada 2011-ci ilin oktyabrdan 2017-ci ilin noyabrına qədər selfiyə görə 259 nəfər ölüb. Belə ki, 70 ölüm batma, 51 ölüm avtomobil vurulması, 48-i elektrik vurması, 11-i odlu silahla vurulma və 8-i heyvanlar tərəfindən vurulma zamanı baş verib.
Ölən insanlardan 7 nəfəri (73 faiz) kişilər olub. Selfi qurbanlarının yarısı 20-29 yaşlı insnalar olub. Ölənlərin 36 faizi isə 10-19 yaşlılar olub.
Faciəvi hadisələrin çox hissəsi Hindistanda baş verib. Bununla əalqədar olaraq 2017-ci ilin iyun ayında Qoa ştatı "selfisiz ərazi" elan edilib.
Araşdırmanın müəllifi tibb elmləri doktoru Adam Bansal təhlükəli yerlərdə — dağda, çoxmərtəbəli binaların damında, şəlalələrdə foto çəkdirməyin qadağan edilməsini təklif edib.