HADİSƏ

Avtobus-qatar toqquşmasının qurbanlarının sayı artır

Dəhşətli qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Bakıda avtobusla qatarın toqquşması nəticəsində yaralananlardan daha biri ölüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Şakir Əliyev yolda, Yusif Dadaşzadə isə xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə ikinci ölüm faktı ilə bağlı konkret açıqlama verilməyib.