RUSİYA

Putin Trampı geridə qoydu, Merkel isə favoritdir

Dünyada insanlar Trampdan çox Putinə güvənirlər
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Dünyada insanlar Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Trampdan daha çox güvənirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın "Pew Research Center" araşdırmalar mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir.

"Putinlə rinqə çıxmağımı gözləyirdilər" – Tramp

Rəyi soruşulan respondentlər dünya liderlərindən ən çox Almaniya kansleri Angela Merkelə güvənirlər. Belə ki, respondentlərin 52%-i ona etimad edir. İkinci pillədə isə 34%-lə Çin Xalq Respublikasının rəhbəri Si Cinpin gəlir.

Rusiya lideri Vladimir Putinə rəyi soruşulanların 30%-i güvənir. Donald Trampda isə bu göstərici 27%-dir.

Bundan əlavə, respondentlərin böyük əksəriyyəti ABŞ-ın beynəlxalq arenadakı rolundan narahatdır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar tez-tez əhəmiyyətli beynəlxalq problemlərin həllində digər ölkələrin mövqeyini nəzərə almır. Bəziləri hesab edirlər ki, Vaşinqton əvvələ nisbətdə hazırda qlobal problemlərin həllinə az səy göstərməyə başlayıb.

Rəy sorğusu göstərir ki, insanların böyük əksəriyyəti Pekinin beynəlxalq aləmdə siyasətini daha çox dəstəkləyir.

Rəy sorğusu 20 may – 12 avqust tarixlərində keçirilib və 25 ölkədən 26,1 min insanın fikri öyrənilib.