CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyrənc yeməklər muzeyi açılacaq

Eksponatların əksəriyyəti qoxunun yayılmasına imkan verməyən xüsusi qablarda olacaq
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. İsveçdə iyrənc yeməklər muzeyi açılacaq.

Oxu.Az “The Independent” nəşrinə istinadən xəbər verir ki, açılış oktyabrın sonunda Malmö şəhərində olacaq.

Ziyarətçilər muzeydə İslandiya yeməyi olan haukarl (akulanın iylənmiş əti), Asiyada yetişən və pis qoxusu ilə tanınan duriandan hazırlanan yeməyi, habelə digər yemək növlərini görə biləcəklər. 

Bildirilir ki, eksponatların əksəriyyəti qoxunun yayılmasına imkan verməyən xüsusi qablarda olacaq.