HADİSƏ

Daha bir qorxunc qəza xəbəri gəldi

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Bakıda "Kamaz" 10 yaşlı uşağı vuraraq öldürüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü Vüqar Paşayev idarə etdiyi "Kamaz" markalı yük maşını ilə qəsəbə sakini, 10 yaşlı Ayxan Hüseynovu vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.