QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlin sonunadək Dağlıq Qarabağa dair önəmli görüş baş tutacaq

"Böyük ehtimalla, ilin sonuna kimi XİN rəhbərlərinin görüşü baş tutacaq"
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Bu ilin sonuna qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan yenidən görüşəcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu bu gün Yerevanda keçirilən mətbuat konfransında Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

"Böyük ehtimalla, ilin sonuna kimi XİN rəhbərlərinin görüşü baş tutacaq" — deyə Tiqran Balayan vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan sonuncu dəfə sentyabrın 26-da Nyu-Yorkda görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.