Vəziyyət gərginləşir, ABŞ Rusiyanı zərbə ilə təhdid etdi

"Rusiya qadağan edilən raketlərini inkişaf etdirməyi dayandırmasa, bunları yox edəcəyik"
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. ABŞ-ın NATO yanında daimi nümayəndəsi Key Beyli Hatçinson Rusiyanı açıq şəkildə təhdid edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Hatçinson Rusiyanın yeni qanadlı raket sistemini inkişaf etdirməyi dayandırmasının lazım olduğunu söyləyib: "Bu sistem "Soyuq müharibə" dövründə Moskva ilə Vaşinqton arasında imzalanan müqaviləyə ziddir".

Hatçinson bildirib ki, Rusiya qadağan edilən qanadlı raketlərini inkişaf etdirməyi dayandırmasa, bunları yox edəcəyik: “Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq”.

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var.