ABŞ-dan xüsusi dəstək alan Yunanıstan Türkiyəyə meydan oxudu

"HERON 1" pilotsuz uçan aparatları Krit adasında olan Timpakio hava limanından qalxaraq 14 saat fasiləsiz Egey dənizinin şimalında və Meriç bölgəsində nəzarət uçuşları həyata keçirib
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Yunanıstanda hərbi mövcudluğunu genişləndirmək istəyən Birləşmiş Ştatlar, boğazlar və Egey dənizinin şimalında yerləşən adaları əhatə edəcək, havada və quruda səs və görüntü müəyyənləşdirə biləcək yeni nəsil elektron radar mərkəzləri quracaq.

ABŞ Türkiyəyə qarşı sanksiyaların əsl səbəbini açıqlayıb

Sputnik Türkiyə xəbər verir ki, əldə edilən məlumatlar Dədəağac limanında yerləşəcək mərkəzə göndəriləcək.Maraqlısı budur ki, ABŞ yeni nəsil radar mərkəzini Türkiyədən cəmi 60 kilometr məsafədə yerləşən Yunanıstanın Dədəağac bölgəsində qurur. Məlumatda qeyd olunur ki, Yunanıstan tərəfi Birləşmiş Ştatlara Krit və Kerpe adalarında yerləşən hərbi bazaları təklif etsə də, rəsmi Vaşinqton Çanaqqala boğazına yaxın Dedeağac bölgəsinə üstünlük verib.

Bu arada, Yunanıstan ilk dəfə pilotsuz uçan aparatlardan istifadə edərək dəniz sərhədlərini qorumağa başlayıb. "HERON 1" pilotsuz uçan aparatları Krit adasında olan Timpakio hava limanından qalxaraq 14 saat fasiləsiz Egey dənizinin şimalında və Meriç bölgəsində nəzarət uçuşları həyata keçirib.

Yunanıstanda, həmçinin ən böyük hərbi təlimlərdən biri olan "PARMENİON 2018" təlimlərinə də hazırlıq sürətlə gedir. Midilli, Limni adları və Meriç bölgələrində 5-12 oktyabr tarixlərində həyata keçiriləcək təlimləri ABŞ rəsmiləri də izləyəcək.

Bu ilki hərbi təlimlərin əsas hədəfi "Türkiyə ilə mümkün böhran vaxtı Yunanıstan xüsusi təyinatlı qüvvələri və donanmasının müdaxilə vaxtına nəzarət və test etməkdir".